Putinin “b” planı…

Son vaxtlar Rusiyanın işğalçılıq siyasəti Ukraynada düşündüyü kimi getmir. Qəhrəman Ukrayna ordusu demək olar ki, Kiyevin şimalını və ölkənin bəzi yerlərini işğalçı Rusiya ordusundan təmizləmişdir. Müharibənin gedişatına fikir versək, sanki Putinin ordusu zəifləməkdədir.

Müharibə başlayandan rəsmi Moskvanın işğal etdiyi ərazilərə baxsaq, insanda belə təsəvvür yaranırdı ki, Putin Ukraynanı tam ortadan bölmək fikrinə düşmüşdür.
Amma NATO ölkələrinin Ukraynaya hərbi, maddi, mənəvi yardımı Putini “b” planına keçməsinə vadar etdi.

Əgər əvvəllər Rusiya Kiyevdən şimala və cənuba ölkəni bölmək istəyirdisə, bu dəfə Luqansk, Donetskin qalan əraziləri və orada Krım olan əraziniləri işğal etmək fikrinə düşmüşdür. Putinin “b” planı Donetskdən Krıma qədər Mariopol da daxil olmaqla, yeni işğalçı dəhlizi açmaqdır. Rusiya bununla Ukraynanın Azov dənizinə çıxışını bağlamaq istəyir.

İşğalçılılar bir daha etiraf ediblər ki, Mariopol ərazisində 4 minə qədər Azov xüsusi təyinatlı əsgəri qüvvələr qalmaqdadır. Ən maraqlısı odur ki, onlar heç cürə təslim olmaq istəmirlər. Üstəlik də Azov qüvvələrinə qoşulmaqda olan minlərlə yerli sakin vardır.


Bir sözlə, Putin bu gün açıq şəkildə cənub – şərq istiqamətində möhkəmlənməyə calışır ki, Krım, Qara dəniz, Azov dənizi və s kimi bir sıra strateji əraziləri ələ keçirsin.
Aldığımız yeni xəbərə görə Ukrayna ordusu çoxlu canı qüvvə və hərbi texnika toplamaqla Luqansk, Donetsk və Krım istiqamətində hərbi əməliyyatlar keçirəcəkdir. Əgər bu, baş tutarsa, Rusiya birdəfəlik Ukrayna ərazisindən qovulacaqdır. İnanırıq ki, Ukrayna yaxın zamanda qalib gələrək, Rusiya terrorçularından öz torpaqlarını azad edəcəkdir.

Bunu paylaş:

Bir cavab yazın