Putinin İlham Əliyevə müəmmalı telefon zəngi

Dünən Rusiya Prezidenti Vladimr Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu müəmmalı zəng zamanı Dağlıq Qarabağ məsələsi müzakirə edilib.Müzakirə zamanı Putin və İlham Əliyev arasında dini, irsi və mədəni yerlərin qorunması və bərpasi qeyd edilsə də , bu zəngdən bir qədər əvvəl Türkiyə Müdafiə Naziriliyinin bəyanatı diqqət çəkmişdir. TMN bəyanat yayaraq bildirmişdir ki, Türkiyə olaraq hər zaman tərəddüd etmədən Azərbaycana lazımı dəstəyi verəcək. Bəyanatın Rusiyanın 20 nəfərlik qrup üzvü, Türkiyədə səfərdə olduğu zaman verilməsi bir siyasi göstəriş mənasına gəlir. Xatırladaq ki, iki gün davam edən müzakirələrin birinci hissəsi başa çatsa da ,yaxın bir vaxtda davam etdiriləcəyi bildirilmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: