Putin yenə təhdid etdi

 

Rusiya prezidenti Vladimir Putin mətbuatda çıxışı zamanız, Qərbə qarşı qəzəbli sözlər deməyi də unutmamışdı. O Qərbi təhqir edərək, əsasən də mərkəzi və şərqi Avropa ölkələrini “çaqqal sürüsü” adlandırmışdır. Son vaxtlar Amerikanın Rusiyaya qarşı təzyiqinin artmasını Putin belə izah etmişdir: “Amerika və bəzi ölkələr özləri bilərəkdən bizə qarşı problemlər yaradırlar və Avropanın bir çox ölkələri isə onlara düşünmədən dəstək verirlər”. Putin onu da əlavə edib ki, Rusiyaya qarşı təxribat baş verərsə, biz dərhal artiqlaması ilə onlara cavab verəcəyik.

Görünür, Qərbin son vaxtlar Rusiyanı sıxışdırması Kremli çıxılmaz vəziyyətə salmışdır. Putinin son çıxışında tam əsəbi xarakter nümayiş etməsi buna bir sübutdur.
Lakin Rusiya prezidenti vəziyyətin bu yerə gəlməsində özünü heç vaxt günahkar saymaq istəmir. Gürcüstanın, Ukraynanın ərazilərini işğal etdiyi zaman, dünya dövlətlərindən bu çür münasibət olacağını fikirləşməli idilər.

 


Aldığımız xəbərə görə Rusiya və Ukrayna tərəfi öz ordusuna hər an döyüş əmri verməyə hazır olduqlarını elan etmişlər. Əgər Kreml Ukraynaya qarşı döyüş başlamalı olsa, bundan da ağır vəziyyətin onları gözləyəcəyini bilməlidir. İndiki vaxtda isə Putinin başının üstünü böyük dumanlar almaqdadır. Həm daxili, həm də ki, xarici siyasətdə nəsə düz getmədiyini bilir. Bunun da tək problemi, Kremlin aqressiv siyasətinin nəticəsidir.

Mikayıl Əsədov.

Bunu paylaş: