Putin yenə iki üzlü siyasət aparır

 

Rusiya Federasiyasının prezdenti Vladimir Putin “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında, Dağlıq Qarabağ mövzusunaa toxunmuşdur. Putin bu münaqişənin Sovetlər Birliyinin rəhbərliklərinin səhvi üzündən baş verdiyini söyləmişdir. Rusiya prezdenti bu məsələni öz boynundan atmağa çalışsa da, lakin son 30 ildə bu məsələnin öz həllini tapmaması indiki Putin hakimiyyətinin işidir. Pitinin bu danışığında Azərbaycan və Ermənistana eyni tərzdə yanaşması çox müəmmalıdır. Döyüşlərin başladığı zamandan bu günə kimi Ermənistana, hümanitar adı altında silahlar göndərən Putin və hakimiyyətidir. Bu vəziyyət onu göstərir ki, artıq Azərbaycanı qəbul kimi görən Putin neytrallıq siyasətinə əl atmağa başlamışdır. Son 30 ildə Rusiya Ermənistanı pulsuz silahlandırmasaydı, indi Qafqazda hər kəs sülh içində yaşayardı. Sonda, şimal qonşu ölkənin adı dəyişsə də, imperiya siyasəti heç vaxt dəyişməmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: