Putin və Ərdoğan arasında soyuqluq başlayır

 

Bir neçə gün bundan əvvəl Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutmuşdur. Bu xəbəri Rusiya prezidentinin mətbuat xidməti yaymışdır.

Hər iki ölkə lideri Mərkəzi Asiya, Qafqaz, Suriya, Liviya, Ukraynadakı vəziyyəti müzakirə etmişlər.
Putinin mətbuat katibliyindən verilən xəbərə görə, tərəflər strateji tərəfdaş olmasalar da, bəzi məsələlərdə ortaq siyasət yürütməkdədirlər. Lakin bu telefon danışığı zamanı hər iki tərəfin razılığa gəlmədiyini qeyd etmək olar.

Putinin əsas hədəfi isə Ukrayna məsələsidir. O, Türkiyə prezidentindən bu məsləyə görə bitərəf – “Neytral” qalmasını istəsə də Rəcəb Tayyib Ərdoğan bundan imtina etmişdir.
Rusiya prezidenti Türkiyənin Ukraynaya hərbi yardımlarının dayandırılmasını istəmişdir. Burada əsas söhbət Türkiyə Pilotsuz Uçuş Aparatlarından getməkdədir. Putin anlayır ki, Ukrayna ilə müharibə etsə, türk PUA-larının qarşısında aciz qalacaqdır. PUA-ların məharətini Qarabağ, Liviya, Suriyada görmüş olduq.
Putinin mətbuat katibi Türkiyə ilə razılığa gəlmədikləri üçün təəssüfləndiklərini bildirir.

Görünür, son bir neçə həftədir ki, Suriyanın İbdil şəhərinin bombalanması da buna bir sübutdur. Türkiyə və Azad Suriya Ordusunun nəzarətində olan İbdil şəhəri, Rusiya hərbi təyyarələri vasitəsilə bombalanmaqdadır. Son hədəfiləri isə, həmin şəhərdə yerləşən su anbarı olmuşdur. Nəticədə bir nəfər yaralanmış, bir nəfər isə həlak olmuşdur.
Putin bu təzyiqlər vasitəsilə Ərdoğanı razı salmaq istəyir. Digər tərəfdən anlayır ki, Türkiyə prezidentinə təzyiq boşuna zaman itkisidir.

Bir tərəfdən isə, Putin Ukrayna məsələsini dünya siyasi mərkəzindən çıxarıb, yerinə Suriyanı salmaq istəyir ki, diqqəti tam olaraq işğal etdiyi Ukrayna ərazilərindən uzaqlaşdırsın.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın