Putin Ukraynanın Çernobl bölgəsinə atom bombası ata bilər?

 

Bir neçə gün bundan əvvəl Ukrayna ordusu, Türkiyə istehsallı “Bayraktar TB2” PUA-ları ilə, Donetskdəki Rusiya qüvvələrini vurduğu barəsində Axh-az.com saytımız vasitəsi ilə sizlərə xəbər vermişdik. Bu məsələ ilə əlaqədar Rusiya tərəfi öz etirazını bildirmişdir. Rusiya Ukraynadan ATƏT-in Minsk qrupu tərəfindən, hər iki dövlətin imzaladığı anlaşmaya əməl etməyini tələb etmişdir. Həmin anlaşmada deyilir ki, tərəflər bir-birinə qarşı ağır silahlardan istifadə etməyi dayandırmalıdır.

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya bu barədə öz etirazını bildirmişdir. O, Ukrayna tərəfinin “Bayraktar”lardan istifadə etdiyi üçün, “bədəlini ağır ödəyər” kəlməsini istifadə etmişdir. Əslinə baxsaq, Ukrayna öz torpaqlarını Rusiya işğalından azad etmək haqqını istifadə etmişdir.

Hər şey Putinin istəyi ilə gedir. Bu məsələ ilə bağlı bir az əvvəlki zamana qayıtsaq yaxşı olardı. Son bir ildə Rusiya prezidenti Vladimir Putinin danışıqlarına fikir versək görərik ki, hər dəfə atom bombasından istifadə etməklə bağlı çıxışlar etmişdir. İstər yerli, istərsə də beynalxalq arenada Putinin bu çür çıxışlarını görə bilərik.

Ola bilsin Rusiya Müdafiə Nazirliyi Putinin əmri ilə Ukraynanın Çernobl bölgəsinə kiçik həçimli “atom bombası” zərbəsi endirsin.

Niyə Çernobl, niyə atom hüçumu?

Məsələn burasındadır ki, 1986 – cı ildə “Sovetlər Birliyi” zamanı “partladılan” bəli, bəli partladılan Çernobldakı atom reaktoru “Soyuq Müharibə” dövrü üçün Qərbə bir siqnal idi. Çünki Ukraynanın Çernobl bölgəsindəki hava axınının istiqaməti Qərbə doğru axmaqdadır. Bu səbəbdən o vaxt, Çernobldakı partlayışın fəsadları Almaniya, Fransa, Niderland, Belçika, hətta Böyük Britaniyaya kimi gedib çıxmışdır. Həmin bölgələrdə yaşayan əhalidə isə müəyyən xəstəliklər və təbiət dəyişikliyi baş vermişdir. Bu səbəbdən Putin bu terroru Ukrayna üzərindən yenidən təkrarlaya bilər. Bununla da Putin böhran içində olan Avropanı çökdürə bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın