Putin saray vasitəsi ilə hədəfdən yayınmaq istəyir

Bir neçə gün bundan əvvəl Rusiyanın 50 şəhərində baş vermiş mitinqlərdən sonra Vladimr Putin qorxunu və təhlükəni hiss edərək bu barədə yerli kanallara müsahibə verib. O, Aleksey Navalnının çəkib göstərdiyi sarayın prezident və yaxınlarına heç bir aidiyyatı olmadığını bildirmişdir. Rusiya prezidenti daha sonra həmin video – lentin daha çox montaj olduğunu bildirmişdir.

Bununla da, Vladimr Putin özünə bəraət qazandırmağa çalışır. Lakin Putin gözəl anlayır ki, xalqın qəzəbi bu tikilmiş sarayda deyil. Bu qəzəb illərdir hakimiyyət tərəfindən xalqa qarşı olan münasibətdir. Korrupsiya, rüşvətxorluq, insan haqları və.s . kimi problemlər ölkədə xalqı hərəkətə keçməyə məcbur edir.
Rusiya hakimiyyəti vəziyyəti ciddiyə alaraq, siyasi gediş edərək xalqın narazılığını tikilmiş saray üzərindən əritmək istəyir. Bəzilərinin bu mitinqə qatılmaqlarının səbəbi Navalnının həbsi, bəzilərinin tikilmiş saray olsa da, əsil həqiqət bundadır ki, xalq artıq Putin hakimiyyətindən bezərək  və öz gələcəklərini düşünərək küçələrə axışır.

 

Xatırladaq ki, Aleksey Navalnının hazırladığı bu video qısa bir vaxtda 90 milyon baxış sayı yığmışdı. Bu arada, Rusiya muxalifəti yenidən ümumxalq mitinqnin yanvar ayının 31- də keçiriləcəyini elan etdi.

Mikayıl Əsədov.

Bunu paylaş: