Putin Qarabağda təxribat hazırlayır

 

Hörmətli oxucular, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq etmişdir. Xəbərdarlıqda bildirilir ki, Ermənistan silahlı qüvvələri gizli şəkildə Laçın dəhlizindən keçərək, Azərbaycan ərazisinə ordu göndərmişdir.10 noyabr 2020-ci il Bəyanatına hələ ki, əməl edilməməsini görürük. Bəs niyə Azərbaycan tərəfi, ermənilərin Rusiyanın sülhməramlılarının qoruduğu keçiddən keçərək Qarabağa gəlmələrini açıq şəkildə bildirmirlər? Bu qanunsuzluğu Kremlin təşkil etdiyi hər kəsə bəllidir. Yəni hər şeyi Rusiya bilərəkdən edir ki, Qarabağda ordu kontingentini çoxaltsın.

 

Yəqin ki, İlham Əliyev də bunun səbəblərini gözəl anlayır. Maraqlı tərəfi burasındadır ki, bir neçə gün əvvəl beynəlxalq və yerli jurnalistlərin suallarını cavablandıran İlham Əliyev rus sülhməramlılarının Qarabağdaki işlərinin ” qənaətbəxş” olduğunu söyləmişdir.  Çox təəssüf ki, Azərbaycanda Prezidentin və XİN- nin sözləri bir-biri ilə ziddiyyət təşkil edir. Bu məsələdə hər kəs bilir ki, ruslar istəməsə, Azərbaycanın Laçın dəhlizindən bir nəfər belə keçə bilməz.

Aldığımız daha bir xəbərə əsasən Ermənistan Rusiyanın köməyi ilə Laçın dəhlizi vasitəsi ilə, Qarabağa tikinti materialları adı altında hərbiçilər daşımaqdadır. Hər halda, bu məsələdə Ermənistana yox, birbaş bu problemi yaradan və təminatçısı olan Rusiyaya xəbərdarlıq edilməlidir. Hələ bilinmir ki, Rusiya xalqımızın başına nə oyunlar hazırlayır.

Mikayıl Əsədov.

Bunu paylaş: