Putin Qarabağda hiylə hazırlayıb

 

 

Hörmətli oxucular, son vaxtlar Azərbaycan və Ermənistan arasında ara qızışmaqdadır. Hər kəs ümid edirdi ki, müharibədən sonra hər iki dövlət arasında dialoq müsbətə doğru gedəcəkdir. Lakin vəziyyət əksinə hərəkət etməkdədir. Azərbaycanın Ermənistandan mina xəritələrini tələb etməsi, qarşı tərəfin isə əsirlərini tələb etməsi münasibətləri daha da soyudur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ məsələsinin bitməsini dəqiq söyləməsi, Ermənistana bir siqnal idi. İkinci bir tərəfdən, Bakının 10 min nəfərlik ordu ilə hərbi təlimlərə başlaması, müharibənin hər an alovlana biləcəyindən xəbər verir. Bu gün isə hər iki ölkənin Xarici İşlər nazirlərinin Moskvaya səfəri çərçivəsində üçtərəfli görüş baş tutacaqdır. Azərbaycan XİN Ceyhun Bayramov Rusiyalı həmkarı Sergey Lavrovla bu məsələləri müzakirə edəcəklər. Üçtərəfli sülh müqaviləsinə əsasən Rusiya bu məsələnin təminatçısıdır.

Bu görüşdən hər iki tərəfin yaxşı nəticə alacağına inanmırıq. Hər zaman olduğu kimi, bu vəziyyəti gərgin saxlayan Kremlin özüdür. Putinin məqsədi aranı yenidən qızışdırmaq və Qarabağa daha çox sülhməramlı adı altında ordu yığmaqdır.

Rusiya belə münaqişələrdə hərzamankı kimi özünü sülhməramlı kimi göstərərək münaqişə zonasına az əsgər göndərir və sonra həmin münaqişəni süni təxribatlarla qızışdıraraq o yerə ordu yeridir. Buna misal olaraq bir neçə gün əvvəl “rus dili” Xankəndində dövlət dili elan edilmişdir. Moldova, Gürcüstan buna bir nümunədir. Xankəndi istiqamətində yenidən müharibənin başlanması qaçılmazdır.

Mikayıl Əsədov.

Bunu paylaş: