Putin qışda Avropanı qaz siyasəti ilə təhdid edə bilər

Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti davam etməkdədir. Qeyd etdiyimiz kimi, qış aylarında müharibənin bitə biləcəyini ehtimal etməkdəyik.

İlk fikrimiz belədir ki, Ukrayna ordusu Rusiyaya sarsıdıcı zərbə vurmaqla Putini sülhə məcbur edə bilər. Bu fikirlər Ukrayna tərəfindən baxdıqda belə düşünülməkdədir. Ən azı Krım yarımadasının işğaldan azad edilməsi,  Rusiyanı sülhə məcbur edən amillərdən ola bilər.
Bu fikirlər hələlik Qərbin də planlarına tam uyğun gəlməkdədir.

Lakin biz Rusiya tərəfindən baxsaq, Putinin nə düşündüyünü belə qeyd edə bilərik.
İlk növbədə fikir versək,  müharibənin uzanması, Qərb kimi Rusiyaya da sərf edir. Avropa və Amerika  müharibəni uzatmaqla Rusiyanın gəlir bazalarını məhv etməyə çalışır.
Kreml isə, əksinə onlar qışa kimi müharibəni uzatmaqda maraqlıdırlar.
Səbəb isə, Avropanın ən zəif nöqtəsi olan qaz problemidir. Rusya qışda Avropaya gedən qazı kəsməklə, qoca qitəni özündən asılı vəziyyətdə saxlamaqla, Ukrayna məsələsini bitirməyə çalışa bilər. Bilirik ki, Avropa ölkələri nə qədər rus enerjisindən imtina etsələr də, gizli yolla qazı  almaqdadırlar.

Putin də qışda Avropanı tələyə salmağa çalışır ki, o bu yolla Zelenskini,  hətta vəzifədən uzaqlaşdırmağı da Qərbə şərt kimi qarşılarına qoyacaqdır.
Bu səbəbdən Rusiya və Ukrayna arasında müharibənin sürəti getdikcə aşağı düşməkdədir. Hər iki tərəf qışa çox ciddi hazırlaşmaqdadır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın