Putin pullu əsgərləri Ukraynaya yığmaqla, Suriya variantını yaratmaq istəyir

Hörmətli oxucular, Rusiyanın Ukraynaya işğalı davam etməkdədir. Putinin işğalçı siyasəti deyə bilərik ki, dalana dirənməkdədir. Getdikcə rus ordusu çoxlu sayda itki verməkdədir. Demək olar ki, hər gün Ukrayna ordusu tərəfindən yüksək rütbəli zabitlər məhv edilir.
Putin anlayır ki, bu mürahibədə hələlik Amerika və NATO üzvləri Ukraynaya açıq dəstək vermirlər. Əsas silahların yalnız müdafiə funksiyalı olduğunun şahidi oluruq.
Ukrayna ordusu açıq şəkildə partizan müharibəsi aparır.

Putin bu səbəbdən partizan müharibəsinə uduzacağını bildiyindən, o, dünyada olan rus meyilli pullu əsgərləri (nayomniklər) onlar tərəfindən döyüşmək üçün Ukraynaya cəlb etdi.

Putin ilk sıralarda Kremlin projesi olan “Vagner” ləri, digər tərəfdən Suriyadan, Ermənistandan, Mərkəzi Asiya ölkələrində olan pullu döyüşçüləri Ukraynaya dəvət etdi. Bu gün Ukraynada Rusiya tərəfdən döyüşən 30-40 minə yaxın başqa dövlətlərin pullu döyüşçüləri vardır.

Bəli Ukrayna tərəfdən də könüllülərin iştirak etdiyini demək olar, lakin Rusiyadan fərqli olaraq onlar prezident Vladimir Zelenskinin dəvəti ilə leqal şəkildə gəlmişlər. Bir sözlə Ukrayna öz ölkəsində nə istəyir onu etməyə haqqı vardır!

Putinin pullu əsgərləri məsələyə qatmasının iki siyasi tərəfi vardır.
İlk öncə Rusiyanın Ukraynada böyük itkilər verdiyini bilirik və əsgər resursları catmadığından bu yola əl atır. Çünki Ukrayna ordusu pusqu döyüş taktikasını seçdiyi üçün, ruslar çox sayda məhv edilir. Bu da çoxlu sayda canlı qüvvə itikisinə səbəb olur.

İkinci tərəfdən isə, Putin məsələni keçmiş İmperiya tərzində aparmaqdadır. Kremlin yürütdüyü siyasətə fikir versəniz, görəçəksiniz ki, hər bir yerdə münaqişə ocaqları yaratmaqla məşğuldur. Azərbaycan, Gürcüstan, Moldova, Suriya, Liviya, Mərkəzi Asiya, Afrika və s ölkələrdə bü çür siyasət yürütməkdədirlər. İmperialistlər hər zaman bu cür problemlər yaradaraq, tərəfləri özlərindən asılı vəziyyətdə saxlamağa çalışırlar.
Demək olar ki, Suriya variantı Ukraynada da tətbiq ediləcəkdir.
Bü gün Ukraynada Putin eyni vəziyyəti yaratmaq istəyir. Pullu əsgərlər isə, bu planın bir hissəsidir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın