Putin Polşa və Rumıniyaya hücum etmək üçün Yelenovkada təxribat törədib

Rusiyanın Yelenovka şəhərinə edilən hücum nəticəsində Ukrayna işğalından əsir götürülmüş 40 – a yaxın ukraynalı həlak olmuşdur. Rusiya tərəfi bu həbsxanaya edilən hucumda Ukraynanı günahlandırır. Rəsmi Kiyev isə, bu hücumun arxasında Rusiyanın pullu muzdluları olan “Vagner” – ləri günahlandırır.

Bəs bu hücumun arxasında kim dayanır? Bu barədə sizlərə xəbər vermək istərdik.
Qeyd etmək istərdik ki, Qərb dəfələrlə Rusiya ilə açıq müharibəyə girmək istəmədiyini elan etmişdir. Hətta Amerikanın verdiyi silahların göstəricilərinə fikir versək görərik ki, rəsmi Vaşinqton Ukraynaya çox da uzun mənzilli olmayan və dağıdıcı gücə az malik olan silahlar verir. Üstəlik də, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin çıxışlarında verdiyi silahları Rusiya ərazisində istifadəsinə qarşı olduğunu görürük.

Buradan belə çıxır ki, Yelenovkaya edilən hücumun arxasında Rusiya özü dayanmaqdadır. Putinin istəyi Avropa Birliyinin tərkibində olan ölkələrə hücum etməkdir. Bu isə Kreml üçün bir səbəbdir…

Təbii ki, işğalçı Putinin ordusu Belarus və Moldova istiqamətindən Polşa ilə Rumıniyaya hücum etməkdir. Putin bu hücumla digər tərəfdən NATO-nu da sarsıtmaq istəyir.

Bu gün Rusiya ərazisinə edilən hücum Kremlin Avropaya hücuma hazırlaşdığının göstəricisidir. Görünən odur ki, işğalçılar bu təxribatla dayanmayacaqlar. Putin müharibəni genişləndirmək və batdığı gəmiyə ətrafını da qatmağa çalışır.

Hər halda, daşın Ukraynada qayaya rast gəlməsi onu göstərir ki, Putin əlindən gələni edəcək ki, çəkdiyi ziyanları digərləri ilə bərabər bölüşün. Yelenovkaya hücumun arxasında Rusiya özü durduğunu deyə bilərik və bu, Putinin planının bir hissəsidir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın