Putin Paşinyanın istəyin rədd etsədə, amma…

Azərbaycan ordusunun zəfərlərinin davam etdiyi vaxt, Ermənistan prezidenti Paşınyan, Rusiya prezidenti Putinə müraciət edərək üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəyib. Lakin Rusiya prezidenti Putin Paşinyana rədd cavabı verərək bildirmişdir ki, həm Rusiya, həm də KTMT- nın qanunlarında qonşu ölkələrin daxili işlərinə qarışması kimi bir qanun yoxdur. Putinin bu çıxışı Ermənistanı bir-birinə vursa da dolayısı yolla Rusiyanın hər zaman Ermənistana köməyi olub, olmuşdur və bu gün də açıq şəkildə davam edir.
Bunu anlamaq lazımdır ki, əgər Rusiya Qarabağdakı döyüşlərə açıq şəkildə qarışsa Türkiyə də Azərbaycan tərəfdən qarışacaq. İndiki vaxt Rusiyanın hər cəbhədə Türkiyəyə uduzduğunu açıq anlayan Putin yalnışlığa yol verdiyi halda Qafqazı itirə bilər.

Mikayıl Əsədov.

Bunu paylaş: