Putin niyə Tovuz istiqamətində hücumlar edir ?

Son vaxtlar ermənilərin Tovuz istiqamətində hücumları hələ də səngimək bilmir. Düşmən iri çaplı silahlardan, mina atanlardan, snayperlərdən istifadə edərək Azərbaycan torpaqlarını və mülki əhalini hədəf alır. Düşmənin arxasında Rusiyanın olduğu hər kəsə məlumdur. Rusiya intensiv olaraq yük təyyarələri ilə Ermənistana silah daşımağa davam edir. Niyə bəs Tovuz? Çünki buna heç şübhə yoxdur ki, işğalçı Ermənistan Kremlin əli ilə Gürcüstandan Rusiyanın işğal etdikləri Cənubi Osetiyanı birləşdirərək Avropaya çıxışı nəzərdə saxlamaq istəyirlər. Azərbaycanın “Qərb”-lə yaxınlaşmasına manelər törətmək. Bir tərəfdən isə Ermənistan həm Rusiyanı, həm də Kollektiv Təhlükəsizlik Birliyini yoxlamaqla özünü sığortalamaq istəyir. Rusiya həm Şimali Qafqaz tərəfdən, həm Cənubi Osetiya tərəfdən Azərbaycanın Tovuz və ətrafına nəzarət etmək istıyirlər. Lakin Rusiya və Ermənistan Türkiyə amilindən çox ehtiyat edirlər. Aldığımız xəbərə görə artıq Azərbaycan Rusiyanın oyununa cavab olaraq rusların Suriya və yaxın şərqdən gələn tranzit yolunun istifadəsini dayandırmışlar. Artıq rəsmi Bakı Rusiya hərbi təyyarələrinin Azərbaycanın hava limanından uçmasına icazə verməmişdir.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: