Putin niyə Paşinyanı devirmək istəyir?

 

Dünənden etibarən Ermənistanda müxalifət qüvvələri dövlət çevrilişinə cəhd edirlər. Sarkisyan, Koçəryan və Manukyan tərəfdarları indiki Baş Nazir Nikol Paşinyanın istefasını tələb etmək üçün meydanlara axışmışlar. Ermənistan ordusunun yüksək rütbəli və Daxili İşlər Nazirliyin yüksək rütbəli məmurlarının çoxu bu aksiyaya qoşulmuşdur. Paşinyan isə tərəfdarlarını meydanlara çağıraraq orda birgə şüarlar səsləndirmişdir.

Nikol Paşinyan nə qaçmayacağını nə də, istefa verməyəcəyini efir vasitəsi ilə hər kəsə elan etmişdir. Ölkənin bəzi yerlərində müxalifət və iqtidar arasında toqquşmalar da baş vermişdir. Müxalifət nümayəndələri ölkənin mərkəzində yolları bağlayaraq, çadırlar qurmağa başlamışlar. Hətta Ermənistan səmasında döyüş təyyarələri uçmağa başlamışdır.


Sizlərə bir müddət əvvəl məqalələrimizdə bildirmişdik ki, Rusiya əlindən gələn hər şeyi edəcəkdir ki, Paşinyanı istefaya göndərsin. Rusiya özünü bu işdə narazı tərəf kimi göstərsə də əslində səbəbkar elə özüdür. Paşinyanın İlham Əliyevlə görüşündə buraxdığı ( kokeyşen buro) səhvindən sonra “İsgəndər” raketlərinin partlamaması açıqlaması böyük dayənin qəzəbinə tuş gəlmişdir. Bu səbəbdən Kreml Paşinyanı cəzalandırmaq istəyir. Lakin mitinq təcrübəsi olan Paşinyanı devirmək elə də asan olmayacaqdır. Əgər Kreml bu dəfə də Nikolu devirə bilməsə, Ermənistan Rusiyanın əsarətindən uzaqlaşacaqdır. Bəlkə də bu oyunu quran Paşinyandır ki, Rusiyadan tamamilə uzaqlaşsın.

Mikayıl Əsədov.

 

Bunu paylaş: