Putin keçmiş “Sovetlər Birliyi” dövlətlərinə xəbərdarlıq etdi

 

Rusiya prezidenti Vladimir Putin, keçmiş “Sovetlər Birliyi” ölkələrini ittiham etməyə başladı. Putin “Sovetlər Birliyi” dağıldıqdan sonra, həmin ölkələrin xarici borclarını qaytarmamaqda ittiham edir. Rusiya prezidenti qeydedib ki, bütün ölkələr bu öhdəliyi üzərinə götürsə də heç biri, borcları bu günə kimi qaytarmamışdır.

O, Rusiyanın 1993 – cü ildə keçmiş “Sovetlər Birliyi”nin bütün xarici borclarını tək olaraq qaytardığını qeyd etmişdir.

Rusiya prezidentinin ilk hədəf kimi Ukraynanı seçməsi digər ölkələrə də bir mesaj verməsi idi. Putinin planı bu borc aktividlərinin dəyərini böyütmək, bunun əvəzində isə, həmin ölkələrdən bir şey qoparmaqdır.
Birləşmiş Millətlər Təşkilatının qanununa əsasən əgər bir ölkə, borc aldığı qurumun, təşkilatın və yaxud ölkənin borcunu geri qaytara bilmirsə, bu zaman əvəzində mülki, strateji obyektlərini (torpaq sahəsin) verə bilər. Görünür, Putin Ukraynaya hücum edərək və beynəlxalq təşkilatda rəsmi Kiyevin ona borclu olduğunu göstərərək, işğalçı siyasətini neytrallaşdırmaq istəyir.
Bir sözlə, Putin bu cür siyasət yürütməkdə, beynəlxalq səviyyədə keçmiş “Sovetlər Birliyi” ölkələrindən nəsə qoparmaq istəyir.

Xatırladaq ki, bir müddət əvvəl, “Müstəqil Dövlətlər Birliyi” konfransında bu məsələ müzakirə edilmişdir. Bu barədəsə “G7” dövlətləri keçmiş “Sovetlər Birliyi” dövlətlərinə etirazını bildirmişdir. Həmin zaman Ukrayna, Azərbaycan və Özbəkistan borcun tam hesablanmasını istəmiş, Gürcüstan, Litva, Latviya, Estoniya isə Moskvaya xəbər göndərərək heç bir borcun ödənməyəcəyini bildirmişdir. Beləliklə, son zamanlar Rusiyanın bu məsələni yenidən gündəmə gətirməsi çox təhlükəli və müəmmalıdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın