Putin bizə hər an müharibə elan edə bilər

Artıq bir necə gündür ki, Ermənistanin həm işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və 7 rayonda,həm də sərhəddə aktivliyi, ordu toplaması ve başqa ölkələrdən muzdlu döyüşçülər cəlb etməsi yeni hücuma hazırlaşmasının açıq göstərisidir. Bu məqsədlərin hər birinin başında Kremlin durduğu heç kimə sirr deyil:
1) Rusiyanin əli ilə hücuma keçmək, Azərbaycan xalqını təzyiq altında saxlamaq və Qarabağla bağli Ilham Əliyevi nəyəsə məcbur etmək.
2) Dalana dirənən Qarabağ məsələsində,hər zamankı kimi, Rusiyanın oyunu nəticəsində, yenidən torpaqlarımizi işgal etmək və üsyan nəticəsində Ilham Əliyevin vəzifədən salinmasi ( 2016 Sarkisyan formatı)
3) Son vaxtlar Azərbaycanin Qərbə meyillənməsinin qarşısıniı almaq.
4) Azərbaycani Rusiyanin əsarətində saxlamaq, bəzi qurum və təşkilatlara məcbur üzv etmək.
Ermənistan həm Rusiyaya, həm də Kollektiv Təhlükəsizlik Təşkilatı ölkələrinə güvənərək özünü yoxlamaq istəyir, lakin Türkiyənin Rusiyanı her yerdə yarımcan etməsini nəzərə almamasi onlara baha başa gələcək. Paşınyan isə gözəl anlayır ki, Ermənistanın iqtisadiyyatının çıxış yolu yalnız Azərbaycan torpaqlarının geri qaytarılmasindan asılıdır Bu versiya da istisna edilmir.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: