Putin “Bayraktar”lara etiraz edir

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, jurnalist qarşısına çıxaraq son vaxtlar Ukrayna ilə vəziyyəti müzakirə etmişdir. Putinin bu çıxışında maraqlı burasıdır ki, o, Amerika və NATO – nun rəsmi Kiyevə dəstək verməsinə deyil, Türkiyə “Bayraktar” larına etiraz etmişdir. Putin, Ukrayna ordusunun bir müddət əvvəl “Bayraktar”ları Donetskdə istifadə etməsinin Minsk anlaşmasına zidd olduğunu bildirmişdir. Bu hücumun, Qərb tərəfindən verilən reaksiyanın ona aydın olmadığını qeyd etmişdir.

Fikir verdinizsə, Amerikanın və NATO– nun bölgəyə yığdığı 300 minlik ordu və böyük sayda hərbi texnikadan bir söz deməyən Putin, “Bayraktar” qorxusunu dilə gətirməkdədir. Bununla bağlı Rusiya tərəfi Türkiyəyə dəfələrlə etiraz etmişdir. Lakin Türkiyə bu məsələni daxili işi hesab etdiyini qeyd etmişdir.

Son dəfə Donetskdəki “Bayraktar” la bağlı Rusiya Türkiyəyə qəti şəkildə etiraz etsə də, rəsmi Ankara silah satdıqları dövlətlərə görə heç bir məsuliyyət daşımadıqlarını qeyd etmişdir.

Xatırladaq ki, yaxın zamanda Türkiyə Ukrayna ilə bağladığı müqaviləyə əsasən, “Bayraktar TB2” lərin bir hissəsini də rəsmi Kiyevə təhvil verəcəkdir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın