Putin Batka vasitəsi ilə Paşinyana xəbərdarlıq etdi

 

Belarus prezidenti Aleksandr Lukaşenko çıxışı zamanı Ermənistana sərt sözlərlə yadda qalıb. Son vaxtlar Rusiya prezidenti Vladimir Putinin qoruyucu mələyi rolunda çıxın edən “Batka” niyə Ermənistanı hədəf seçib?.

Görünür, Ermənistan hansısa siyasətdə Rusiyaya qarşı böyük siyasi səhv buraxıb. Bununla da Putin Lukaşenkonun əli ilə Nikol Paşinyana xəbərdarlıq etmiş oldu.
Lukaşenko: “Ermənistan kimə lazımdır? Onların Rusiyadan başqa çıxış yolları yoxdur”,- deyərək açıqlama vermişdir.

Belarus prezidentinin bu çıxışından sonra, Ermənistan rəhbərliyindən açıqlama gəldi. Rəsmi İrəvan sanki səhvini başa düşmüş kimi, Belarus prezidentinə bir söz deməyəcəyini və bunu xalqlar arasında dostluq əlaqəsi kimi dəyərləndirdi.

Hər halda söhbət Ermənistanın Qərbə inteqrasiyasından gedir. Lakin əsas məsələ Putinin cavabının nə cür olacağından asılıdır. Rusiya kralı Ermənistan Baş Nazirini bağışlayacaqmı?

Onu isə, zaman göstərəcəkdir. İndiki vaxt əsas məsələ Putinin sözünü Paşinyana çatdırmaq idi ki, onu da Batka məharətlə bacardı.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın