Putin bəzi xarici ölkə diplomatlarını “Non Qrata” elan etdi

 

Rusiya son vaxtlar soyuq münasibətdə olduğu Avropaya qarşı hücuma keçdi. Brüsseldə səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov etiraf edərək Qərblə münasibətlərin son zamanlar pisləşdiyini söyləmişdir. Sergey Lavrovun sözlərinə görə, Qərb keçmiş Sovetlər birliyi ölkələrinə və Rusiyaya müdaxilənin dayandırılmasını tələb etmişdir. Bununla da Rusiya XİN keçmiş Sovetlər birliyi dövlətlərinə hələ də işğalçı gözü ilə baxdığını etiraf etmiş oldu – niyə Rusiya özü suveren dövlətlərin adından danışıdı? Bəlkə hələ də Rusiyanın nəzarətində olan (Belarus,Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan Qırğızıstan və.s ) dövlətləri demək istəyir.

Bu vəziyyətdən narahat olan Rusiya prezidenti Vladimir Putin də, öz etirazını bəzi Avropa diplomatlarını ölkədən qovmaqla bildirmişdir. Çıxışı zamanı Putin bir neçə gündür Rusiyanı cənginə alan mitinqlərdə Almanya, Polşa və İsveçli diplomatların müdaxiləsindən danışmışdır. Onun sözlərinə görə, Navalnını mitinqlər zamanı bu ölkənin diplomatları dəstəkləmişdir.

Bu səbəbdən Rusiya prezidenti həmin diplomatları “Non Qrata” elan etmişdir. Almanya, Polşa və İsveç cavab olaraq rus diplomatlarının ölkələrindən çıxarılmasına dair analoji addım atmışlar. Soyuq müharibədən sonra Rusiya – Qərb münasibətləri pik həddə çatmışdır. Reallıq artıq Rusiyanın məhv olmağa doğru getdiyini göstərir.

Mikayıl Əsədov.

Bunu paylaş: