Putin Azərbaycanı itirməyi həzm edə bilmir

Rusiya Azərbaycanın Türkiyə və Qərblə yaxınlaşmasını artıq həzm edə bilmir. Hər zaman aqressiv siyasət aparan şimal qonşumuz bu birliyə hər zamankı kimi mane olmağa çalışacaq. Artıq onlar Soçidən tutmuş,Xəzər donanmasına kimi ordu texnikalarının sayını artırmağa başlamışlar . Rusiyanın planı Azərbaycan və Ermənistan arasında döyüşləri yenidən alovlandırmaq və Ermənistanın müttəfiqi kimi Azərbaycana soxulub işğal etməkdir. Yəqin Belarusiya sanksiya nəticəsində yaxın bir zamanda Avropa sərhədlərini bağlamalı olacaq , Rusiyanın son tranzit yolu Azərbaycan və Türkiyədir.
Artıq Finlandiya, Litva, Latviya, Estoniya, Ukrayna və Gürcüstanın Rusiya ilə münasibətləri yüksək səviyyədə olmadığından,Kremlin hədəfi bizik. Amma Rusiya unudur ki, nə Azərbaycan, nə də Türkiyə 90 – cı illərdə deyil .

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: