Putin “AST Telman” a bata bilmədi

 

Rusiya Monteneqro Respublikasının Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Miyaniçin ölkəyə girişinə qadağa qoymuşdur. Buna səbəb bir müddət əvvəl əslən Azərbaycan Yəhudisi olan, hər kəsin “AST Telman” kimi tanıdığı iş adamına siyasi sığınacaq verməsidir.

Keçən ilin sonlarında Rusiya dəfələrlə Monteneqroya Telman İsmayılovun ekstradisiya edilməsi barəsində müraciət etmişdir. Lakin Monteneqro hökuməti isə, Rusiyaya rədd cavabı vermişdir.

Avrasiya Yəhudilər cəmiyyətinin sədri Telman İsmayılov, guya dələduzluq, ağır cinayətlər, çirkli pulların yuyulmasına görə Rusiya rəhbərliyi tərəfindən beynəlxalq axtarışa — “İnterpol”a verilmişdir.

Məsələnin isə, tam başqa cür olduğu hər kəsə bəllidir. Söhbət Rusiya prezidenti Vladimir Putinlə Telman İsmayılov arasındakı ədavətdən gedir. Aralarındakı problem isə, Rusiyanın Soçi şəhərində keçirilmiş olimpiadadan sonra baş vermişdir.

Putin olimpiada şəhərinin tikintisini Telman İsmayılova həvalə etsə də, Rusiya lideri imtina cavabı almışdır.
Bundan sonra Vladimir Putin Telman İsmayılova qarşı hücumlar etməyə başladı və bütün əmlakını və bazarlarını müsadirə etdi.
Xatırladaq ki, “AST Telman” Soçi olimpiadası zamanı Türkiyədə atasının adına “Mardan Palace” adlı dəyəri 1.5 milyard dollardan çox olan otelin açılışını etdi. Bu da Putinə bir zərbə oldu.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın