Putin İlham Əliyevin məktublarına cavab vermir?

 

Rusiyalı deputat Vitali Milonov, Azərbaycanın “Rusiya sülhməramlıları” nın nəzarətində olan torpaqlarına səfər etmişdir. O, Azərbaycanın icazəsi olmadan, Xankəndiyə səfər edərək bir sıra görüşlər keçirmişdir. “Vahid Rusiya” partiyasının deputatı səfər çərçivəsində, özünü qondarma rejimin lideri kimi təqdim edən Araik Arutyunyanlada görüşmüşdür.

Bu barədə xəbər tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedyevə məktub göndərərək, deputatın bu əməlinə etiraz etmişdir.

Görünür, Rusiya prezidenti Vladimir Putin, İlham Əliyevin məktublarına cavab vermir. Bu məsələyə Putin və Medvedyevin heç bir müdaxilə etməyəcəyini bilirik. Məsələ burasındadır ki, Milonov və onun kimilərini Azərbaycan torpaqlarına qanunsuz göndərən Rusiya hakimiyyəti özüdür.

İlham Əliyev bu manevrlərlə xalqın başını aldatmağa çalışır ki, guya o, Rusiyanın bu addımına etiraz edir. Bu zaman belə sual ortaya çıxır: Araik Arutyunyanın kim torpaqlarımızda qalmasına razılıq verib?. Bu sualın cavabı Xankəndində olan sualların cavabıdır!.

Əliəşrəf Məmmədov.
,

Bunu paylaş:

Bir cavab yazın