Putin özünü “Kral” elan etdi

 

Qonşu Rusiyada yeni qanun qüvvəyə mindi. Artıq Rusiya,
Rusiya Federasiyası yox, Rusiya “Krallığı” olmağa hazırlaşır.
Qanuna əsasən, Rusiyanın prezidenti dəfələrlə yenidən seçilə bilər. Dövlət Dumasının bu qərarı açıq şəkildə Vladimr Putinin “krallığına” xidmət etməkdədir.

Bu qərar ən azı Putinin daha iki dəfə prezident seçilməsinə şans verir. Hələlik bu barədə Putin və onun mətbuat katibindən bir açıqlama gəlməmişdir.
Bir neçə il bundan öncə isə Putin növbəti prezident seçkisində iştirak etməyəcəyini bildirmişdi.
Bəlkə fikir verəsəniz – bu cür yeniliklər Azərbaycanda da baş verir. Artıq ətrafımızda və bizdə dövlətlər yox, “krallıqlar” inkişaf etməkdədir.


Bu qərarla Putin ömürlük prezident olmaq iqtidarındadır. Rusiya “kralı” gözəl anlayır ki, xalq tərəfindən bu məsələ etirazlara səbəb olacaqdır. Ola bilsin ki, yaxın vaxtda rus əhalisi yenidən “krala” etiraz emək üçün meydanlara axışsınlar.

Mikayıl Əsədov.

Bunu paylaş: