Prokurorluq “Tərtər” işinə görə işçi qrupu yaratdı, nəticəni gözləyək

 

Hörmətli Azərbaycan xalqı, nəhayət, 10 aya yaxındır ki, “AzerFreedom TV YouTube” kanalında Məmmədov Qurban Cəlaloğlunun təqdimatında başlanan, “Tərtərə ədalət” öz bəhrəsini verməkdədir.

Aldığımız xəbərə görə, “Tərtər qətliamı” na görə Baş Prokurorluq, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyin birgə xüsusi istintaq qrupu yaratmışlar. Baş Prokuror Kamran Əliyev xüsusi istintaq qrupuna, 2017-ci ildə hərbçilərimizə qarşı törədilmiş qanunsuz cinayətin yenidən araşdırılması üçün göstəriş vermişdir. Ölkəmizdə böyük rezonans doğuran “Tərtər – 1767” qətliamı da öz haqq yolun tapmağa çox yaxındır.

Düşünürəm ki, hələlik istintaq yekunlaşmışdır deyə bir nəticə demək olmaz.Ən azından hakimiyyətin bu qətliama illərdir biganəliyindən ehtiyat etmək lazımdır. İlk öncə Oqtay Gülalıyevin bu iş barəsində araşdırması, sui-qəsdlə bitmiş oldu. Digər tərəfdən, Ərəstun Oruclu doğma vətəni Azərbaycanı tərk etmiş oldu. Bu iki hörmətli şəxsiyyət “Tərtər qətliamı” na ədalət tələb etməkdə günahlandırıldı.
Beləliklə, hakimiyyətin nə düşündüyünü zaman göstərəcəkdir.

Sonda Baş Prokurorluq kütləvi informasiya vasitələrini də günahlandırmış oldu. Hakimiyyət iddia edir ki, kütləvi informasiya vasitələri istintaqın gedişinə mane ola bilər. Prokurorluq xəbərdarlıq edib ki, müəyyən məlumatları müvafiq qurumların icazəsi olmadan yaymaq yolverilməzdir. Əlavə edib ki, bəzi şəxslər bundan istifadə edərək cəmiyyətdə qəsdən fikir ayrılığı yaratmaqdadır. Guya bununla da Azərbaycan ordusunu nüfuzdan salmaq istəyirlər.

Sonda inanırıq ki, İlham Əliyev və hakimiyyəti, bu dəfə Tərtər cinayətinə biganə yanaşmayacaqdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın