Primakova sevgi göstərən Sahibə Qafarova kimdir?

 

Hörmətli oxucular, sizlərə son zamanlar ucuz reklam yolu ilə gündəmdən düşməyən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovadan danışmaq istərdik. Ramiz Mehdiyevin vəzifədən çıxarılmasından sonra, sanki ulduzu parlayan Sahibə Qafarova özünü reklam etməklə məşğuldur. Bir müddət əvvəl əsgərlərin maaşlarının azaldılmasına görə verdiyi müsahibəsində böyük qınaq sahibi olmuşdur.

 

 

 

Bu deputatın iş qovluğuna baxdığınız zaman belə bir düşüncəyə malik olduğu sizlərdə şübhə doğuracaqdlr. Zəngin təhsil və iş təcrübəsi olan Sahibə Qafarova niyə öz xalqına qarşı layqeyid münasibət bəsləyir. Bəlkə hər şey bir müddət çalışdığı Rusiyanın ölkəmizdəki  “Bakı Slavyan” universitetindən başlamışdır. Kim bilir, bəlkə də xanım deputat Rusiyanın Azərbaycandakı “5 -ci kolon” nümayəndələrindən biridir. Milli Məclisidə çalışdığı müddətdə hər zaman Kremli müdafiə edənlərdən biri olmuşdur.

 

Ən maraqlısı budur ki, xanım Qafarova İlham Əliyevin təyinatı ilə MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Bu məsələdən isə aydın görünür ki, Kremlin əmri ilə Sahibə Qafarovanın vəzifəsi ölkədə xalqı yox, Rusiyanın maraqlarını qorumaqdır.
Unutmayaq ki, həmin Sahibə Qafarova bir müddət əvvəl, “20 Yanvar” qətliamının səbəbkarı Yevgeni Primakovun xatirəsinə tədbir keçirmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: