Primakov aşiqi, Rusbaşı Sahibə Qafarovanın “Türk dünyası” üçün hansı köməyi dəyə bilər?

Bildiyiniz kimi Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir. O, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüş keçirmişdir. Görüş zamanı hər iki qardaş ölkə arasında bir çox məsələlər müzakirə edilmişdir. Aldığımız xəbərə görə TBMM – sədrindən sonra, Sahibə Qafarova digər dövlət xadimləri ilə də vacib görüşlər keçirmişdir.

Bu gün Azərbaycan və Türkiyə arasında bu cür, dövlət əhəmiyyətli görüşlərin keçirilməsi çox vacibdir, lakin niyə Azərbaycan tərəfidən Rusbaşı təmsil olunmaqdadır. Bizlərə də maraqlı gələn məqam budur.

Gəlin özümüzə sual verək; Azərbaycan xalqının qatı düşməni olan və 20 Yanvar terrorunun əsas təşkilatçısı Yevgeni Primakova qibtə edən Sahibə Qafarovanın türk dünyasında nə işi var?
Ümimiyyətlə, İlham Əliyev bu agentə yüksək vəzifə verməklə nə demək istəyir?

Bilirik ki, Sahibə Qafarova hələ Milli Məclisin sədri olmamışdan əvvəl Primakov sevgisini gizlətməmişdir. Hətta o, Azərbaycan xalqının qatilinə yubiley və tədbirlər keçirməyi özünə borc bilirdi.
Sonda bir sualım var, Rusiya mənafeyinə xidmət edən Sahibə Qafarova Azərbaycan – Türkiyə və yaxud Türk dünyası üçün nə töhfələr verə bilər? Görünür, İlham Əliyev ona bu vacib görəvi verməklə Rusiyanın Türk dünyasına nəzarətinə şərait yaradır. Onsuz da bizim hakimiyyət bolşeviklərin zamanında olduğu kimi, bu gün də erməni – rus birləşmələrinin əlindədir!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın