Prezident niyə yalan danışır?

 

Azərbaycan tərəfi 2-ci Qarabağ döyüşü zamanı Şuşaya “İskgəndər” raketinin atıldığını təsdiq etdi. Həmin raketlərin qalıqları KİV-lərdə nümayiş etdirilir. Ancaq İlham Əliyev bir müddət əvvəl atılan “İsgəndər” raketləri barəsində dolayısı ilə fiki bildirməklə yadda qalmışdır. Bu vəziyyətdə ölkə başçısını müdafiəetmə sistemi dərhal işə salınır.

 

Trollar və iqtidar həvəskarları indi də çıxıb deyəcəklər ki, prezidentə səhv məlumat veriblər o, da bilmədən efir vasitəsi ilə xalqa yanlış məlumat verib. Dostlar, öncədən qeyd etdiyim kimi, indi də bildirirəm: – hakimiyyət başçısının xəbəri olmadan, ölkə üzərindən xam quş da uça bilməz. Bu tip raketlər hər bir hərbi radar və peyk vasitəsi ilə dəqiq izlənilməkdədir.

 


Ancaq Ermənistanın Baş Naziri Nikol Paşinyan isə “İsgəndər” raketinin atıldığını elan etmişdir. maraqlı məqam odur ki, İlham Əliyev rus imperiyasını niyə müdafiə edir? Asılılıqmı, yoxsa özü kimi diktator olduğuna görəmi? Dəfələrlə saytlarda xəbər yanlış gedəndə dərhal cəzalandırılıb, müxbiri işindən azad edilir, redaktora töhmət verib, rəhbərə isə xəbərdarlıq edirlər. Bəs yalan danışan prezidentə, nə kimi cəza düşür?.Onu da qeyd edim ki, R “9m723” koduna əsasən “İsgəndər ” raketi mütəxəssislər tərəfindən müəyyən olunaraq ictimaiyyətə təqdim olunub.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: