Prezident köməkçisi: Putin İlham Əliyevdən on gün vaxt istədi

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev brifinq keçirərək Kəlbəcər məsələsinə aydınlıq gətirmişdir. Brifinq zamanı H.Hacıyev bildirmişdir ki, Rusiya Prezidenti Vladimr Putin İlham Əliyevdən Kəlbəcərin boşaldılması üçün 10 gün vaxt istəmişdir. Bu səbəbdən Laçın və Ağdama şamil olmamaq şərti ilə yalnız Kəlbəcərə vaxt verilmişdir. Putin bu durumu Kəlbəcərin böyük rayon olduğunu və daşınma işinin ləngiməsi ilə izah etmişdir. Bu vəziyyətlə bağlı insanlar arasında narazıçılıq yaransa da, dekabrın 1-nə kimi gözləməyimiz daha yaxşı olardı. Xalqımızı Kəlbəcərimizdən işğalçı Ermənistanın çıxarlmasından daha çox Rusiyanın nə oyun oynadığı maraqlandırır. Hər kəs bilir ki, Azərbaycan əsgəri düşməni necə qovmağı hər kəsdən yaxşi bilir. Artıq Azərbaycanın şimal körpüsü əsgərləri Kəlbəcər -Ermənistan sərhəddini qorumaq üçün hazır vəziyyətə gətiriliblər və hər an sərhədi qorumağa hazırdırlar. Hikmət Hacıyev bir daha bildirmişdir ki, Azərbaycan tərəfi köç prosesini yaxından izləyir və hər hansı bir təxribatın qarşısını almağa hazırdır.

Mikayıl Əsədov.

Bunu paylaş: