Polislərin qazilərə qarşı kobudluğu yolverilməz və qəbul edilməzdir..

 

Azərbaycandakı vəziyyəti nəzərə alaraq, xalq olaraq birləşməsək, canımız müsibətlərdən qurtulmayacaq. Saxta və xalqa düşmən kəsilmiş Azərbaycan hakimiyyətindən qurtulmağın xilas yolu, əzmli mübarizə aparmaqdır. Məmurların getdikcə, insan cildindən çıxaraq azğınlaşması gələcək nəsil üçün ciddi problem yarada bilər və yaratmaqda ilk başlangıc edib.

Normal vətəndaşının problemlərini heç zaman həll etməyən hökumət, artıq şəhid və qazilərə verdiyi vədləri də dəyərləndirmir. Adını al qırmızı hərflərlə tarixə yazan vətən fədailəri, vətənin əzmli, qeyrətli oğulları problemlər içində yaşamaqda davam edir. Artıq bununla yanaşı etiraz səsini qaldıran qazilərə belə rəhm etmədən, kobudluq nümayiş etdirirlər, özü də ifrat dərəcədə. İlham Əliyev illərdir ki, güc strukturlarına əmr verərək, xalqı bu cür nəzarətdə saxlayır, yəni ayağa qalxaraq haqqını istəyənlərə qarşı polis zorakılığından istifadə edir.
Sosial şəbəkələrdə polis zorakılığının dəfələrlə şahidi olmuşuq.

Ancaq qazi qardaşlarımıza qarşı amansız rəftar hiddətimizə səbəb olub. DİN-ə ünvanlanacaq sözlərimiz, polislərə vətəndaşlarla etik davranmağı və qazilərə heç bir zaman güc tətbiq etməmələrini tələb etməyimizdir. Sizin vətəndaşlarımıza qarşı davranışınız, ermənilərin Azərbaycan xalqına etdiklərini xatırladır..vicdanınızı 300-500 azn qarşılığında satıb, mənliyinizi itirməyin…

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın