Polis olanda nə olar ki…

 

Əsas vəzifəsi dövlətin və xalqın keşiyində durmaq, onun marağını və asayişini qorumaq olan polis əməkdaşlarının son vaxtlar qazilərə qarşı amansız rəftarı ürək açan deyildir. Onların bu cür iyrənc və alçaldıcı əməllərə əl atması həm təəssüf, həm də utanc hissi oyadır. Ümumiyyətlə, Azərbaycan polisi güc strukturu olduğu üçün, səlahiyyətlərini həddən çox aşır.Əvvəllər başıma gələn hadisəni qısaca da olsa,sizlərə nəql etmişdim.Məqsədim həmin məsələnin üzərinə qayıtmaq deyil.Sadəcə, torpaqlarımız uğrunda canından keçmiş şəhid ailələrinə və qazilərimizə qarşı kobud rəftarları yolverilməzdir. Qeyd edim ki, polislərin də şantaj yönümlü üslubları var.Hadisənin şahidi kimi bunu özümə borc bilib,qələmə alıram.

Amansız düşmənin şiddətinə məruz qalan qazilərimiz, üstəlik rəis və rəis müavinlərinin təhqirlərinə tuş gəlirlər.”Erməniyə arxanızı verib gəlmisiz, gəlin oturun belimdə”,- ifadəsini işlətmək,biabırçılıq və rəzillikdir.Təbii ki,bu ifadəni işlədən şəxsin kimdənsə qorxusu yoxdur.Əks təqdirdə qanunun aliliyi polis rəisi olsa belə, ona imkan verməzdi ki, vəzifəsindən sui – istifadə edib,sadə vətəndaşa xox gəlsin.Gəldiyim qənaət bundan ibarətdir ki, polisin arxa – dayağı prezidentin özüdür.

P.S. Bu arada, maraqlıdır, görəsən, bir həftəyə yaxındır Xac‌maz rayonunun deputatı Eldəniz Səlimov tərəfindən döyülən polis əməkdaşına görə həyəcan təbili çalan Milli Məclis üzvləri, ikinci Qarabağ müharibəsi qazilərinə də eyni təpkini verə biləcəklərmi?

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın