Polad Həşimovun ölümünə ilk səbəbkar Eldar Həsənovdur?

 

Sabiq səfir Eldar Həsənov barəsində Baş Prokurorluq məlumat yaymışdır. Eldar Həsənov Rumıniya, Serbiya Respublikası, Bosniya və Hersoqovina və Monteneqroda səfir işlədiyi müddətdə 30 milyon manatdan çox pulu mənimsəmişdir. Baş Prokurorluq sabiq səfirin mənimsədiyi pullara görə cinayət işinin acıldığını bildirmişdir.

Bir az dərinə gedərək siyasi baxımdan bu məsələyə yanaşmaq istərdim. Eldar Həsənovun həbsi korrupsiyaya aid edilsə də, əslində, Şəhid generalımız Polad Həşimovun ölümü ilə bağlıdır.

Bəs niyə Şəhid generalımız Polad Həşimovla?

Hər kəs bilir ki, Azərbaycanın ölkə xaricində diasporunun işi rüşvət verməklə özünə tərəfdar axtarmaqdadır. 30 milyon pul səfirliyə niyə və nə üçün ayrılmışdır? Söhbət burda Serbiyanın Ermənistana silah satmasından gedir. Generalımız Polad Həşimovun 2020-ci ilin iyul ayında Tovuz istiqamətində Serbiya istehsalı olan silahla şəhid edilməsi, bir neçə gün sonra Serbiya prezidenti Aleksandr Vuçiçin Azərbaycana səfəri,
2020-ci ilin avqust ayında isə, yəni Polad Həşimovun şəhidlik zirvəsinə yüksələndən sonra Eldar Həsənovun səfir vəzifəsindən azad edilərək həbs edilməsi buna bir sübutdur. Burda çox incə məqamlar baş verməkdədir. Ermənistanın Serbiyadan silah almasını Azərbaycan səfiri və Attaşesi vaxtında rəhbərliyə düzgün məlumat verməmişdir. Çox təəssüf ki, bu cür insanların üzündən General Polad Həşimovu itirdik.

Hər kəs bilməlidir ki, Generalımız Polad Həşimovun şəhid edilməsində günahkar Eldar Həsənov və hakimiyyətdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın