Polad Bülbüloğlunun suallarının cavabı…

 

Hörmətli oxucular, son vaxtlar Azərbaycan rəsmilərinin, 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistanın mövqeyinə səsləndirdikləri fikirlərə aydınlıq gətirmək istərdik. Bu rəsmilərdən biri də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Səfir çıxışı zamanı, Ermənistanın mövqeyindən şikayətlənərək rəsmi İrəvanın özünü məğlub ölkə kimi aparmağını dilə gətirmişdir. Polad Bülbüloğlunun bu fikirlərinə aydınlıq gətirək;
1941-1945- ci illər müharibəsi Sovetlər Birliyinin qələbəsi ilə başa çatdı. Həmin vaxt almanlar “Sovetlər Birliyinin yazdığı” təslim aktına imza atdılar. Rəsmi Moskva öz tələblərini, öz istədiyi kimi irəli sürdü.

Burda Polad Bülbüloğluna bildirmək istərdim: -İlham Əliyevin Azərbaycan xalqının adından imzaladığı 10.11.2020 – ci il sənədi Ermənistanın təslim olma sənədi deyildir, bu,” Kazan” sənədinin bir az dəyişilmiş formasıdır.
Polad Bülbüloğlu, siz diplomat olaraq özünüzə belə bir sual verdinizmi? Qəhrəman əsgərlərimiz düşməni məğlub etsin, müharibə dayansın, rus ordusu bölgəyə daxil olsun, ermənilər istədikləri yerə nəzarət etsin, təslim haqqını qalib gələn Azərbaycan deyil, işğalçı Rusiya yazsın? Və niyə Azərbaycan vətəndaşları Xankəndi, Xocalı və Xocavəndə səfər edə bilmir? Biz bu vəziyyətdən sonra necə Ermənistana:” məğlub kimi özünü apar”,- deyə bilərik? Polad Bülbüloğluna aydın olmayan bir fikir qaldısa, o zaman zəhmət çəksin Tərtərin Qapanlı kəndinə səyahət etsin.

Bu zaman 700-800 metr aralıda Ermənistan əsgərlərini və erməni postlarını görəcəkdir. Polad Bülbüloğlu bir diplomat kimi bu suallara cavab axtarırsa, 10.11.2021- ci il tarixində müqaviləyə imza atan İlham Heydər oğlu Əliyevdən soruşsun.

 

Rəşad Şıxəliyev.

Bunu paylaş: