Polad Bülbüloğlunu artıq təqaüdə göndərmək vaxtıdır

Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna yerini göstərdi. Bir müddət əvvəl Polad Bülbüloğlu rus telekanalı və jurnalistlərinə müsahibə verərək, Türkiyə ordusunun Qarabağda olmayacağını söyləmişdir və səfirə aid olmayan sualları cavablandırmışdır. Polad Bülbüloğlunun bu çıxışı ictimaiyyətdə bir mənalı qarşılanmamışdır. Artıq bu məsələ ilə bağlı Hikmət Hacıyev səfirimizin Azərbaycan dövlətinin və Prezidentinin mövqeyindən kənar danışmasına öz etirazını bildirmişdir. Hacıyevin sözlərinə görə rəsmi dövlət nümayəndələrinin belə çıxışları yol verilməzdir. Yəqin Polad Bülbüloğlunun yaşı ötdükcə öz fikirlərini də toparlaya bilmir. Səfirimizi yaxın bir vaxtda yaş həddi üzrə təqaüdə göndərmək lazımdır.

Mikayıl Əsədov.

Bunu paylaş: