Polşa və Belarus sərhəddində sərhədçilərə daş və qumbara atıldı

 

Polşa sərhədçiləri su şırnaqları və göz yaşardıcı qaz balonundan istifadə etməklə miqrantların toplaşdığı qrupu dağıtmağa çalışıb. Yüzlərlə köçkün Polşa nəzarət-buraxılış məntəqəsində dayanaraq, Polşaya daxil olmaq istədklərini bildiriblər. Müdafiə Nazirliyi miqrantların Polşa əsgərlərinə daş və qumbara atdığını qeyd edib.

Bir neçə müddət öncə, miqrantların Belarusla sərhəddə müvəqqəti düşərgə qurmasından sonra, ölkələr arasında gərginlik yaranıb. Havanın kəskun soyuq olması ucbatından qapalı qaldıqları düşərgəni tərk edən miqrantlar, Polşa nəzarət-buraxılış məntəqəsinin qarşısında toplanıblar.Onu da qeyd edək ki, miqrantlar arasında hamilə və azyaşlı körpələr də var.

Yaranmış vəziyyətə görə, Polşa və Aİ Belarus prezidenti Aleksandr Lukaşenkonu Aİ-yə təzyiq etmək üçün miqrantları sərhəd boyuna toplamaqda ittiham edib.
Belarus prezidentinin bu addımını, hətta Rusiyanın təzyiqi ilə həyata keçirdiyi də şayiələr arasında yer alır.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın