Pişiyin ağızı ətə çatmayanda deyir ki, onda “virus” var

 

Qazaxıstan prezidentinin bəyanatına görə, 13 yanvar 2022 – ci il tarixindən ölkə ərazisində olan “sülhməramlıların” çıxmasına start verilməlidir. Rusiyanın belə təcili surətdə işğala son qoymasına səbəb əsasən Çinin olduğunu deyirlər. Belə ki, Çin hökuməti Qazaxıstanın təhlükəsizliyinə təminat verməyə hazır olduğunu bəyan etmişdir. Buna səbəb isə ildə təxminən 1,6 trilyon dollara qədər ticarət dövriyyəsi olan tarixi “İpək yolunun” Qazaxıstandan keçməsi və Çinin Qazaxıstan iqtisadiyyatına qoyduğu milyardlarla dollar investisiyadır. Bildiyimiz kimi, hazırda dünya iqtisadi nəhənglərindən olan Çinin Rusiyaya təzyiq və təsir imkanları çoxdur.

Rusiyanın dövlət başçılarının “özümüzü evdəki kimi hiss edirik” deməsindən sonra C. Tokayevin “sülhməramlıların 10 gün ərzində Qazağıstanı tərk edəcəklər” bəyanatı V. Putinin xoşuna gəlməmişdir. Bunun əsas əlaməti Rusiyanın Qazaxıstandan idxal olunan ət məhsullarına hansısa bir virusa görə qadağa qoyması olmuşdur.
Rusiyanın hər hansı bir ölkə ilə “sözü çəp gələn kimi” dərhal həmin ölkədən idxal etdiyi məhsulda “virus” tapılır. Artıq gündəlikdə Rusiyanın gülüş doğuran “virus” bəhanəsi varsa, belə görünür ki, Rusiya Qazaxıstanı tezliklə tərk etmək ərəfəsindədir.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın