Peskov Moldovanı təhdid etdi

Rusiya və Moldova arasında vəziyyət getdikcə gərginləşir. Moldova Prezidenti Mayya Sanduya bir müddət əvvəl rus qoşunlarının Dnestryanıdan çixarılmasını tələb etmişdir. Moldova tərəfi yeni açıqlama verərək, rus ordusu əvəzinə ATƏT-in sülhməramlılarını bölgəyə göndərilməsini tələb etmişdir. Mayya Sanduyanın bu istəyini Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov sərt şəkildə cavablandırmışdır. Peskov demişdir ki, Moldovanın bu bölgədə təxribat törətmək istəməsi ağır nəticələnə bilər. Peskov daha sonra bildirmişdir ki, Dnestryanı tərəfinin istəyi ilə Rusiya qoşunları orda xidmət edir. Bu vəziyyətdə Moldova kimi kiçik bir dövlətin Rusiya aqressiyasından qurtarmağı çox önəmlidir. Moldova Avropanın en strateji ölkələrindən biri sayılır. Qərbin sürətlənmiş planında Moldovanın da yer aldığı açıq görünür. Sıra isə Finlandiya, Gürcüstan və Yaponiyadadır.

Mikayıl Əsədov.

Bunu paylaş: