Peskov bilməlidir ki, Rusiyanın planlarından Qərbin əvvəlcədən xəbəri var idi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ictimaiyyətə maraqlı açıqlama vermişdir. O, Rusiyanın Ukraynaya qarşı keçirdiyi hücum planından çox az adamın xəbəri olduğunu bildirmişdir. Peskov qeyd etmişdir ki, Putinin yaxın ətrafı belə müharibənin nə zaman başlayacağından xəbərsiz idi. O, bunun dövlət sirri olduğunu və çox az sayda insanın bildiyini söyləmişdir.

Peskovun bu çıxışı onun yanlış düşündüyünü bir daha sübut edir. O, guya hücumun sirr olduğunu biildirsə də, bir neçə gün əvvəl Qərb kəşfiyyatı bu barədə artıq xəbər vermişdir. Rusiya prezidentinin mətbuat katibi vacib məqama toxunaraq öz hökumətini işfa etməkdə idi.

Fikir verin, Peskov deyir çox az adamın müharibədən xəbəri var idi.Pentaqon və NATO Putinin hücumu barədə əvvəlcədən xəbərdarlıq etmişdir. Deməli, Qərb kəşfiyyatının Putinin əməllərindən çoxdan xəbəri var idi. Peskov burada bu məqamı qaçırmış oldu. O, Rusiya hökuməti daxilinə xarici kəşfiyyatın sızmasını ifşa etdi.
Əgər bu belədirsə, Rusiyanın atdığı addımlardan Qərbin xəbəri vardır. Bu səbəbdən Ukrayna ordusu dəfələrlə Rusiyanın əsas əməliyyatlarını məhv edib.

Bir sözlə, Peskov özü də bilmədən xarici kəşfiyyatın Kreml və Putinin yanına sızdığını qeyd etdi. Əks – təqdirdə Qərb kəşfiyyatı Putinin atdığı addımlardan xəbəri olmazdı. Dəfələrlə görürük ki, Ukraynada Rusiyaın atdığı addım əvvəlcədən açıqlanır. Belə olduğu halda, Rusiya prezidentinin ətrafı kimə xidmət etdiyini bir daha açıq şəkildə göstərir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın