Pentaqon hər şeyi dəqiqliklə hesablayıb

Hörmətli oxucular, Ukrayna müharibəsi tək Rusiyanın işğalı ilə olan məsələnin olmadığı bəllidir. Bu gün baş verən müharibə siyasi tərəfdən baxsaq görərik ki, Amerika və Rusiya arasında olan münasibətlərin pik həddidir.

Vladimir Zelenskinin çıxışlarında cəmiyyət üçün belə bir fikir formalaşır ki, guya Amerika və NATO ölkələri Ukraynaya köməklik etmir. Lakin əsla bu belə deyil, əgər dünyanın rəsmi Kiyevə bu qədər yardımı olmasa idi, yerli ordu Putinin işğalı qarşısında bir gün də dayana bilməzdi. Sanki Amerika və NATO gözləmə siyasəti seçərək Putini gözləyir ki, Putin daha da siyasi bataqlığa düşsün.

Görünür, rəsmi Pentaqon Rusiyanın bütün əməllərini zərgər dəqiqliyi ilə hesablamaqdadır. Bu gün Zelenskinin etirazına baxsaq görərik ki, NATO Ukraynaya tank əleyhinə silahlar tədarük etməklə kifayətlənir. Lakin Amerika və Alyans digər tərəfdən Şərqi NATO ölkələrini sürətlə silahlandırır. Görünür, hər şey plan üzrə getməkdədir.

Rusiyanın isə, işğalçılıqdan başqa çıxış yolunun olmamasını bilir. Putin ara-sıra “Nüvə” silahından istifadə edəcəyini bildirərək, sanki Qərbə qorxaq tülkü həmləsi yaradır.

Müharibədən 10 günə yaxın vaxt keçməsinə baxmayaraq tərəflər ilk dəfə müvəqqəti atəşkəs barəsində razılığa gəliblər. Çoxları bunu humanitar qərar saysa da, siyasi baxımdan əsl məqsəd silahlanma kimi qiymətləndirilə bilər.

Bu gün Rusiya Ukrayna müharibəsinə baxsaq, məğlub tərəfin Kreml olduğunu görmək bir o, qədər də çətin olmaz.
Qərb isə, müharibənin uzanmasına maraqlıdır. Pentaqonun hesablamaları bunu göstərir ki, Rusiya gündə 20-30 milyard dollar dəyərində itki verir. Təsəvvür edin ki, müharibənin 1 ay uzanmasına Rusiya nə qədər pul xərcləməlidir. Bu siyasət bir baş Rusiyanın budcəsinə təsirsiz ötüşməyəcəkdir. Bir sözlə, Amerika bu müharibəni kənardan izləməsində elə də problem olmadığını göstərir, əsas odur ki, hər şey Qərbin nəzarəti altında cərəyan edir.

Üstəlik də Amerika və Avropanın ikinci planı Rusiyanı gözləməkdədir. Moldova, Gürcüstan, Ukrayna Avropa Birliyinə, Finlandiya və İsveçi NATO – ya üzv etmək hər an baş verə bilər. Digər tərəfdən isə, Yaponiya Kuril adalarına görə aktivləşə bilər. Bir sözlə, Rusiya ilə sərhədd olan Qərb meyilli ölkələrin çoxunda müharibə ocaqları qızışa bilər.
Bununla da Rusiya ikinci dünya müharibəsindən sonra ən ağır günlərini yaşaya bilər. Hər halda, Pentaqonun zərgər siyasəti Putini istənilən tərəfdən tələyə salmaq deməkdir. Qərb yenə Rusiyanı əlində istədiyi kimi oynadığını göstərdi.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın