Payyy… Taxtın qırılsın!!!

 

iş elanı paylaşılıb. Fəhləlikdir. Səhər saat 8-dən axşam saat 8-ə kimi. 12 saat! Ayda 1 dəfə istirahət. 6-12 kq (guya) qutuları maşına doldurmaq, boşaltmaq, anbara yığmaq. Maaş nə qədər? 400 manat! Xüsusi şərt? Dürüst və cəld olmaq.

ayda bir dəfə istirahət etmək, ildə 12 dəfə istirahət deməkdir. 353 gün işdə, 12 gün evdə! Üstəgəl, günün 12 saatını. Günorta yeməyi də vermir. Bu, insan istismarıdı.

400 manat maaş. Bunun günorta yeməyilə yol pulunu hesablasaq, ayda ən azı 150 manat buna gedir, yerdə qalır 250 manat. 250 manat da elə minimum əmək haqqıdır.

250 manat!

özü də paytaxt kimi bir yerdə!

hər dəfə belə elanları görəndə içimə iki maşın qutu boşaldırlar elə bil.

hələ bu toya getməlidir, bölgələrdə vəziyyət daha da bərbaddır.

minimum əmək haqqı hərləyən kimdi?

gününün 12 saatını işdə keçirən insan təsəvvür edin də. Səhər gözünü açır – iş, axşam 8-də gəl, yemək ye, yuyun, 2 saat getdimi? Saat oldumu 10? Bu adam ailəsilə harasa istirahətə gedə bilməzmi? Doyunca ailəsini görə bilməzmi? İnsan deyilmi bu? Ayda bir dəfə istirahət nə deməkdi?

İşçi sizin kəbinli arvadınızdı? Kukla alırsınız? Özü də 400 manat maaşa.

bədbəxt ailələr…

hara baxsan, aqressiv insanlar…

bir-birini didməyə hazır!

böyük bir qara dəlik.

sonra da deyirlər ki, niyə narazısan? Niyə tərifləmirsən? Niyə aranı qatırsan? Niyə camaatı üstümüzə qaldırırsan?

bu iş rejimilə ömür sürən camaatda hey qalıb ki, inqilab-zad eləyələr?

paytaxt e!

payyyy….

taxtın…

qırılsın!

Eminquey Akif.

Bunu paylaş:

Bir cavab yazın