Payız və qış fəsilləri Ukrayna Rusiya müharibəsinin qalibini müəyyən edə bilər

Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti 5 aydan çoxdur davam edir. Müharibənin gedişatına fikir versək görərik ki, tərəflər arasında elə də ciddi nailiyyətlər yoxdur. Hər şey təxminən başladığı yerdən davam edir. Qərbin Ukraynaya təmənnasız yardımı, Türkiyənin havadakı cəngavəri və yerli partizan qüvvələri Putinin işğalçı ordusunu dayandırmağa müvəqqəti müvəffəq olmuşdur.

Görünür, tərəflər ciddi şəkildə payız və qışa hazırlıq görməkdədirlər. Məsələ burasındadır ki, soyuq havalar istənilən hərbi gücün irəliləyişini bir neçə dəfə azaldır. Hətta bəzi döyüş texnikalarının istifadəsi yararsız hala düşür.
Görünür, Putin və Zelenski soyuqların düşməsini gözləyir. Hər iki tərəf bir – birinin qış döyüşlərinin başlanmasında zəifləyəcəyini güman edir.

Qərb isə durmadan Ukrayna ordusunu silahlandırır. Ukrayna və Rusiya arasında son döyüşlərin qışda baş tutacağını və kimin oradan üzü ağ çıxacağı halda qalib olacağını demək olar.

Aldığımız məlumata görə hərbi resursları getdikcə azalan Moskvanın özünü toparlaması çətin görünür. Üstəlik də Ukrayna öz vətənində döyüşdüyü üçün hər daşın yerini yaxşı bilir. Rəsmi Kiyev isə Qərbdən aldığı bəzi uzunmənzilli və yüksək dağıdıcı gücə malik silahlarını payızla qış döyüşlərinə saxladığı deyilir. Bir sözlə, qarşıdan gələn iki fəsil Rusiya Ukrayna müharibəsinin qalibini bəlli edə bilər. Bir daha qeyd edək ki, Putin əgər məğlub olsa, daxildən dağılmalar olacaq və Rusiyanın varlığı sual altında olacaqdır. Amma Putin də məğlub olduğunu görsə, bu zaman nüvə silahına əl atacağı da istisna deyil.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın