“Park Bulvar” ın rəhbərliyi niyə cəzasız qalıb?

Ötən gün tanınmış blogger Hüseyn Həsənovun” Park Bulvar” ticarət mərkəzində keçirdiyi görüş izdihamlı keçmişdir. Görüş zamanı xoşagəlməz hadisələrin baş verməsi cəmiyyətdə bir nənalı qarşılanmamışdır. Kimsə kəməri ilə insanları vurur, kimlərsə qanunu heç edərək masqasız kütlənin içinə girir, kimlərsə bloggerdən hədiyyə qazanmaq üçün özünü göydən yerə çırpırdı.

Hüseyin Həsənovun şöhrətinə görə bir azərbaycanlı kimi fəxr etməyimiz qalır. Bu məsələnin başqa tərəfi… Rusiyada onun fəaliyyəti, etdiyi xeyriyyə işləri ilə bağlı əməllərinə sözümüz yoxdur. Bizim sözümüz Azərbaycan gəncliyinədir.

Görün millətin gəncliyi nə günə qalıb ki, bir hədiyyə üçün öz təhlükəsizliyindən vaz keçir. Kadrlardan da göründüyü kimi, nəzarətçilərdən biri kəməri ilə insanlarımıza zərbələr endirir. Aldığımız xəbərə görə artıq həmin şəxs saxlanılıb və ona qarşı bir neçə günlük həbs qətimkan tədbiri seçilmişdir.
Bu qeyd etdiklərimiz tədbirdə baş verən problemlərin görünən tərəfidir. Gənclərimizin acizliyi, nəzarətçilərin rəftarı və s.
Bizi maraqlandıran tərəf isə, digər məsələdir.

Niyə qayda pozuntusuna görə “Park Bulvar” ticarət mərkəzinin rəhbərliyi cəzalanmır, töhmət verilmir və yaxud həbs edilmir?
Həbsi qoyaq kənara, ümumiyyətlə, hələlik Daxili İşlər Nazirliyindən verilən məlumatda yeganə cəzalanan bir nəfər kəməri ilə insanları vuran mühafizəçidir. Bəs rəhbərlik niyə məsuliyyətə cəlb edilmir?
Görünür, “Park Bulvar” ın sahibi yüksək rütbəli məmurlardan biridir, bəlkə də, Əliyevlər ailəsindəndir…

Düşünün, hansısa kasıbın kirayə götürdüyü bir kiçik restorandan belə bir izdiham baş versəydi, bütün DİN – polisləri ora hücum çəkərdi.
Leyla Əliyevanın dəvəti ilə avtomobil sərgisinə qatılan Hüseyn Həsənovu ölkəmiz bu cür qarşıladı. Bu izdihamdan sonra Azərbaycan gəncliyinin hansı vəziyyətdə olduğunu və gələcəyimizin necə olduğu aydındır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın