Pandemiya zamanı Azərbaycan milyardlarla gəlir əldə etsə də…

 

 

Hörmətli oxucular, sizlərlə bu gün Azərbaycanın gəlirlərini araşdırmaq istərdik. 2020-ci ildə Azəbaycan tək Türkiyəyə 11 milyard kub metrdən çox qaz satmışdır. Bunun ümumi dəyəri isə ortalama dünya bazarındakı, qiymətlərlə hesablasaq 5 milyard manatdır ( 1 kub metri 0.25 ABŞ senti). Bu tək Türkiyəyə satılan qazın dəyəridir. İkinci bir tərəfdən Azərbaycanın 2020- ci ildə yalnız neftdən gələn gəlirləri 16 milyard manatdan çox olmuşdur. Daha sonra isə xam-neftdən hazırlanan məhsulların gəlirləri isə 8 milyarda yaxınlaşmışdır.

Bu hesablamalar yalnız Azərbaycan, Gürcüstan , Türkiyə iqtisadi platformasına aiddir. Saymaqla bitməyən neft kəmərlərinə daha birini əlavə etmək istərdim.Bakı -Novorosiysk kəmərinin gəliləri isə təxminən 3- 5 milyard manat arası dəyişməkdədir. Əlavə olaraq, SOCAR-ın dünyada olan yanacaqdoldurma stansiyaları isə illik 3 milyard manat gəlirlə 2020-ci ili başa vurmuşdur. Sizlər
üçün yalnız dövlətin neft -qaz gəlirlərinin bir qismini araşdırdıq.
İkinci bir tərəfdən isə ölkəmiz dünya bazarında olan əmlak dövriyyəsi ilə də məşğuldur.

Məsələn, Böyük Britaniyanın “HSBC” bankının Londonda yerləşən baş ofisinin Azərbaycan mülkü olduğunu bildirmək istərdik. Həmin bankın illik icarə haqqı 40 milyon funtsterlinqdir. Bununla belə, Azərbaycanın mülklərinin Avropada və Yaponiyada, Malaziyada və.s kimi dünya ölkələrindədə olduğunu qeyd etmək istəyirəm. Ölkəmizin ortalama həmin mülklərdən əldə etdiyi kiralıq məbləğ, illik 1.3 milyar manatdan çoxdur. Bu gəlirlər yalnız ölkəmizə xaricdən gələn pullardır. Daxildə isə hər kəsə bəlli olan , Gömrük komitəsi və Vergilər Nazirliyi illik milyardalarla pulları rüsum kimi xalqdan almaqdadır.

Bu hesablamalar onu göstərir ki, Azərbaycanın tək illik gəliri 50 milyarddan yuxarıdır. Bu belədirsə, niyə dövlət büdcəsi 28 millyard hesablansa da ,hər zaman kəsrlərlə qeyd edilir? Bu araşdırmamız sadəcə 2020-ci ilə aiddir və hər kəs bilir ki, pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərbə nəticəsində dünyada ən ağır il kimi qeyd edilir. Yəni Azərbaycanın ən az gəlir əldə etdiyi bir vaxtlardır. Lakin xalqın yoxsulluq durumu isə dəyişməz olaraq qalır.

Mikayıl Əsədov.

Bunu paylaş: