Pandemiya Azal-ın işinə çox yarayır

Uzun müddətdir ki, dünyada pandemiyanın kim tərəfindən, necə, nə məqsədlərlə yayıldığı hələ məlum deyil. Kimlərsə bunu Tanrının cəzası, kimlərsə isə Böyük dövlətlərin oyunu sayır. Demək olar ki, dünyadakı ölkələr COVİD-19 – la mübarizənin mənasız olduğunu başa düşüblər. İnsanlar artıq bu virusla yaşamağa məcbur qalmaqdadırlar. Yer üzündəki əksər ölkələr isə, bu xəstəliklə bağlı karantin rejimini ləğv etmişlər.

Demək olar ki, hökumətlərə külli miqdarda ziyan dəymişdir. Lakin yer üzündə bu xəstəlikdən pul qazananlar da çox olmuşdur.
Buna misal olaraq AZAL – ın rəhbəri Cahangir Əsgərovu göstərmək olar.
İnanırıq ki, AZAL şefi hər gün pandemiyanın uzanmasına dua etməkdədir.

Quru – avtomobil sərhədlərimizin hələ də açılması Cahangir Əsgərovun işinə əməlli-başlı yaratmaqdadır. O, vəziyyətdən istifadə edərək, təyyarə biletlərinin gündən – günə qiymətlərini artırmaqdadır.

Düzdür, görünən tərəf burada AZAL şefidir. Lakin bir şeyə nəzər edək ki, sərhədlərin bağlanmasına onun bu qədər təsiri olmaz.
Deməli, torbada pişik vardır…
Ortada elə bir adam var ki, sərhədlərin bağlanmasına və təyyarə biletlərinin qalxmasına böyük təsiri vardır.

İlk ağlımıza gələn isə, Əliyevlər ailəsinin üzvü “Silk Way” şirkətinin rəhbəri Leyla Əliyevadır. Bu gün Milli Məclisin, Prezident Aparatının və digər şəxslərin lal, kor, kar olması buna bir sübutdur.
Əsas odur ki, milləti soymaqdır.
Çox təəssüf ki, Azərbaycana gələn xarici ölkə vətəndaşları da dəfələrlə etiraz etsələr də, cavabları nəticəsiz qalmışdır. Bir sözlə, ailə biznesi bütün ölkəni sovurmaqdan keçir. Yəni təyyarə biletləri bir daha bahalaşsa belə, təəccüblənməyə dəyməz. Rejim sərhədləri bu səbəbdən açmır ki, insanlar ucuz yolla dövlətin quru sərhəddini istifadə etməsinlər. Məqsəd xalqın son qəpiyini də əlindən almaqdır.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın