Pakistandan Azərbaycana “Əbədi Qardaşlıq” dəstəyi

Qardaş Pakistanın Azərbaycana verdiyi dəstək əvəzsizdir. Pakistan parlamenti 1.5 milyard dollarlıq hərbi sahədə razılaşmanı, Fransa ilə ləğv etdi və bu anlaşmanı sırf Azərbaycan dövlətinə görə etdiyini bildirib. Səbəb isə Fransanın ATƏT-in Minsk qrupunun üzvü kimi bitərəf qalmayıb işğalçı Ermənistanı dəstəkləməsi, silahlandırması və Azərbaycana qarşı qərəzli mövqe tutmasıdır. Qeyd etmək istərdik ki, əhalisinin sayına görə dünyanın ən böyük musəlman dövlətlərindən biri sayılan Pakistan, bizimlədir. Azərbaycanın dost ölkəsi sayılan Pakistan, Qarabağ məsələsində hər cür yardım üçün Azərbaycana dəfələrlə kömək əlini uzatmaqdadır. Bu məqamda qardaş Pakistanımıza dərin minnətdarlığımızı bildiririk .

Rəşad Şıxəliyev.

Bunu paylaş: