Pakistan vətəndaş müharibəsinə doğru gedir?

Hörmətli oxucular, qardaş Pakistanda nələrin baş verdiyi barəsində sizlərə daim xəbərlər verməkdəyik. Bildiyiniz kimi, Baş Nazir İmran Xan hökuməti istefaya göndərmiş oldu.
Daha sonra Pakistan Parliamentinin qərarına görə İmran Xanın bütün səlahiyyətləri əlindən alındı. Ölkədən məmurların çıxışına qadağa qoyuldu və böyük şəhərlərə, əsasən də İmran Xan tərəfdarlarının olduğu bölgələrə ordu cəlb edildi.

Məlumata görə, Pakistan Parliamenti İmran Xanın yerinə, ona ən böyük müxalif olan Şahbaz Şərifinin namizədliyini irəli sürdü. Bu gün qardaş ölkədə hər an vətəndaş müharibəsi başlaya bilər.
Bir tərəfdən Amerika, digər tərəfdən Çin Pakistanda siyasi mücadilə aparmaqdadır.
Bəzi məlumatda qeyd edilir ki, bir neçə şəhərdə ordu və xalq arasında toqquşmalar baş vermişdir. Nəticədə bir neçə nəfər ağır yaralanmışdır.

Ölkədə vəziyyət o qədər gərginləşib ki, Parlament İmran Xan barəsində həbs qərarı çıxarmışdır.
Hələlik daxili vəziyyət çox gərgindir, yeni hökumət İmran Xanın tərəfdarlarının Parlament binasına hücum edəcəklərindən ehtiyat edərək, təhlükəsizlik işlərini gücləndirmişdir. Dövlər orqanlarının binaları ağır texnika və çoxlu sayda əsgəri qüvvələr ilə qorunmaqdadır.
Bu gün qardaş ölkədəki vəziyyətin kimlər tərəfindən qızışdığı tam aydındır. Hər halda istefa verən İmran Xan barəsində həbs qərarı qəbul etmək, ölkədə tərəfdarlar arasında toqquşma yaradacaqdır. Görünür, Şahbaz Şərifi və müxalifət kimlərinsə sifarişi ilə hərəkət etməkdədir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın