Paşinyana yiyələri belə kömək edə bilmir

Azərbaycan əsgərinin qarşısını ala bilməyən Ermənistan öz havadarlarına yalvarmaqla bizə təzyiqlər etmək istəyir. Artıq havadarlardan biri olan Fransa prezidenti Emanuel Makron prezident İlham Əliyevə telefonla zəng edərək müharibəni sülh yolu ilə nizamlanmasını istəyib. Bu arada isə münaqişənin sülh yolu ilə həll edilməsinə səy göstərən bəzi qüvvələrə Türkiyənin Müdafiə Naziri Hulusi Akarın son çıxışında dediklərini xatırlatmaq istərdim:
-Qarabağ və Xocalıda günahsız insanlar, körpələr, yaşlılar, cavanlar qətlə yetiriləndə, insanların öz doğma yerlərindən məcburən qaçqın düşdükləri vaxt və Azərbaycan torpaqlarının 30 ildir işğalda saxlandığı illərdə indi sülh istəyənlər, hardaydınız?
Qəti indiki vaxt döyüşləri saxlamaq olmaz, bu döyüş həlledici olmalıdır. Bu arada qetiyyətli siyasət aparan Rəcəb Tayyib Ərdoğana və Türkiyə hökümətinə çox sağol deyirik.
Yalnız irəli Azərbaycan əsgəri!

Rəsad Şıxəlıyev.

 

Bunu paylaş: