Paşinyan Putin vasitəsi ilə yalvarmağa başlayıb

Rusiyanın xəbər mənbələrinin yaydığı məlumata görə Rusiya Prezidenti Vladimir Putin və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon görüşməsi baş tutmuşdur. Görüş zamanı Qarabağ məsələsi müzakirə olunmuşdur. Hörmətli Ərdoğan Putinə açıq şəkildə sülh danışıqlar yalnız Paşinyanın masaya oturduqdan və işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarını tərk etdikdən sonra baş tutacağını bildirmişdir. Bu görüş ola bilsin işğalçı Ermənistanın Prezidenti Paşinyanın xahişi ilə olmuşdur. Beynəlxalq qurumların başı pandemiyaya, Amerikanın başı seçkilərə, Fransanın başı isə daxili məsələsinə qarışdığı halda işğalçı Ermənistanın tək ümidi Rusiya olduğunu anlamışdır. Bu görüş ola bilsin ki, Paşinyanın təslim olmaq istəyini əks etdirsin. Ermənistanda Paşinyana qarşı xalqın təzyiqi getdikcə artmağa başlamışdır. Putin də anlayır ki, Ermənistanın təslim olmaqdan başqa yolu qalmayıb. Xatırladım ki, bir müddət əvvəl Putin Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırmışdır.

Mikayıl Əsədov.

Bunu paylaş: