Paşinyan müharibə anonsunu verdi

Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana “Dəmir Yumruq” xəbərdarlığından sonra, erməni tərəfinin cavabı da çox gecikmədi. Ermənistanın Baş Naziri Nikol Paşinyan bu dəfə ölkəmizi sülh danışıqlarını pozmaqda və rəsmi Bakının yeni müharibəyə hazırlaşmaqda ittiham etdi. Paşinyan hər zaman olduğu kimi erməniyə xas siyasətlə Azərbaycanı təhdid etməyə başlamışdır.

Erməni liderinin sözünə görə danışıqlar prosesini Azərbaycan tərəfi bilərəkdən uzadır və bölgədə yeni müharibə vəziyyəti yaratmaq istəyir.

Paşinyanın bu çıxışı erməniləri qorxuya salmaqdadır. Onun sözlərindən sonra bir çox erməni ekspertləri Azərbaycanla dil tapmağın vacibliyini vurğulayıblar. Səbəb kimi isə, Ermənistanın ölkəmizlə yenidən müharibə etməyə heç bir resursunun qalmadığı göstərilir. Üstəlik də müharibə bir daha başlayarsa, erməni tərəfi Zəngəzuru da itirə biləcəklərini anlayır.

Ermənilərin özlərini zərərçəkmiş kimi aparması onların çoxdankı xarakteridir. Sanki Azərbaycan torpaqlarını işğal altında saxlayan, günahsız insanları öldürən, Xocalı soyqırımı törədən və bir çox vəhşilikləri törədən bunlar deyilmişlər. İndi Azərbaycanı sülh danışıqlarını pozmaqda ittiham edirlər.

Görünür, Azərbaycan və Ermənistan arasında qış yenidən başlamaqdadır. Paşinyan Azərbaycanı ittiham etsə də, bilməlidir ki, bütün dünya ölkəmizin beynəlxalq qanunlar çərçivəsində ərazilərini dəstəkləyir. Üstəlik də Azərbaycan öz torpaqlarını erməni işğalçılarından azad edib. Artıq erməni yalanları keçərli deyildir. Azərbaycan hər an 10 noyabr bəyanatını icra etmək qabiliyyətinə malikdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın