Paşinyan Brüsseldən qayıdan kimi yenə avazını dəyişdi

Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın Brüssel görüşündən nəticə əldə edildiyini eşitdik. Lakin Paşinyan geri dönər – dönməz dərhal Rusiyadan siqnallar aldıqdan sonra mövqeyini yenidən dəyişdi.
Belçikadan səfərdən qayıdan kimi Ermənistan Parlamentində çıxış edən baş nazir yenidən Azərbaycanın ünvanına daş atmağa başladı.

Erməni lider Qarabağ məsələsinin Azərbaycan tərəfindən bitmiş sayıldığını, lakin Ermənistan tərəfindən bitmədiyini elan etdi. Paşinyanın bu danışığına fikir versək, yenidən Azərbaycana qarşı təhdid dilində danışdığı aydın olur.
Nikolun bu danışığının iki səbəbi ola bilər:
Birincisi, Kremldən aldığı göstərişlərlə də bunu edə bilər.
İkincisi, yerli auditoriyasını sakitləşdirmək üçün ola bilər.
Deyə bilərik ki, hər iki düşüncə rəsmi Bakını maraqlandırmır.
Ermənistan yaxı bilir ki, Azərbaycanda onların fikirlərindən aslı olmayaraq üçüncü tərəf də vardır.

Əgər Azərbaycan Ermənistanın yenidən danışıqlar prosesini pozmaq istədiyini görsə, bu zaman silahların danışacağını görəcəyik. Üçüncü Ermənistan Azərbaycan müharibəsi isə, həlledici olacaqdır.
Bir sözlə, Paşinyan öz mövqeyində və sözlərində ehtiyatlı olmalıdır. Rusiyanı eşitmək onların özlərinə ziyan edəcəkdir. Tez bir zamanda rəsmi Bakı ilə dil tapmalı və ölkəsini xilas etməlidir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın